Əfqanıstanın hava limanında törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB - VİDEO

Əfqanıstanın hava limanında törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB - VİDEO Bakı. 22 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin Həmid Kərzayi adına beynəlxalq hava limanında baş verən partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb.
Digər ölkələr
22 İyul , 2018 19:23
Əfqanıstanın hava limanında törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - YENİLƏNİB - VİDEO

Bakı. 22 iyul. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin Həmid Kərzayi adına beynəlxalq hava limanında baş verən partlayış zamanı ölənlərin sayı 16 nəfərə çatıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin əksəriyyəti təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır.

Qeyd edək ki, partlayış ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum hava llimanını tərk edən zaman törədilib.

"Tolo News" telekanalının məlumatına görə, hadisəni terrorçu kamikadze törədib. Partlayış zamanı daha 60 nəfər xəsarət alıb. Partlayışda Əfqanıstan hökumətinin üzvlərindən heç kim xəsarət almayıb.

Daha əvvəl hadisə zamanı 9 nəfərin həlak olduğu, 14 nəfərin yaralandığı bildirilirdi.


***18:35

Əfqanıstanın paytaxtı Kabilin hava limanında törədilən partlayış zamanı 9 nəfər həlak olub.

"Report" "Tolo News" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezidenti Əbdül Rəşid Dostum bildirib.

Dostum qeyd edib ki, partlayış Həmid Kərzayi adına hava limanında, yerli vaxtla saat 17:00-da, onun gəlişindən sonra törədilib.

Telekanalın məlumatına görə, yerli vaxtla saat 16:30-da hava limanına gələn vitse-prezident dərhal özünün avtomobilinə minib və təhlükəsizlik orqanları əməkdaşlarının müşayiəti ilə aeroportdan uzaqlaşıb. Bu zaman o, partlayış səsi eşidib. Hadisə zamanı daha 14 nəfər yaralanıb.

Telekanalı məlumatlandıran mənbənin sözlərinə görə, partlayıcı qurğunu terrorçu kamikadze işə salıb. Dostumin müşayiət edən şəxslərdən heç biri hadisə zamanı xəsarət almayıb.

Son xəbərlər

Orphus sistemi