Əfqanıstanın cənubunda "Taliban"ın 50-dən çox üzvü zərərsizləşdirilib

Əfqanıstanın cənubunda "Taliban"ın 50-dən çox üzvü zərərsizləşdirilib Əfqanıstan ordusu aviasiya və artilleriyanın yardımı ilə yaraqlıların texnikalarını da məhv edə bilib
Digər ölkələr
28 May , 2016 17:29
Əfqanıstanın cənubunda Talibanın 50-dən çox üzvü zərərsizləşdirilib

Bakı. 28 may. REPORT.AZ/ Əfqanıstan hərbçiləri ölkənin cənubunda "Taliban" radikal qruplaşmasının 50-dən çox üzvünü zərərsizləşdirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Khaama Press" agentliyi məlumat yayıb.

Əfqanıstan ordusu Qəndəhar əyalətində aparılan hərbi əməliyyatar zamanı aviasiya və artilleriyanın yardımı ilə yaraqlıların texnikalarını, o cümlədən bir neçə avtomobil, daha əvvəl yaraqlıların ələ keçirdiyi "Ford Ranger 25" markalı 4 ədəd polis maşını və 25 motosikleti də məhv edə bilib.

Son xəbərlər

Orphus sistemi