Əfqanıstanda daşqınlar zamanı 11 nəfər həlak olub

Əfqanıstanda daşqınlar zamanı 11 nəfər həlak olub Əfqanıstanın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində Qəndahar və Gülmənd əyalətlərində ümumilikdə 11 nəfər həlak olub.
Digər ölkələr
12 Yanvar , 2020 20:42
Əfqanıstanda daşqınlar zamanı 11 nəfər həlak olub

Əfqanıstanın cənubunda leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində Qəndahar Gülmənd əyalətlərində ümumilikdə 11 nəfər həlak olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qəndəhar əyaləti qubernatoru administrasiyasının nümayəndəsi Əhməd Bahir Əhmədi bildirib ki, arasıkəsilməz leysan yağışlar bir neçə gün ərzində daşqınlara səbəb olub.

Onun sözlərinə görə, əyalətdə 8 nəfər daşqınların qurbanı olub, daha 14 nəfər xəsarət alıb. Daha 3 nəfər Gülmənd əyalətində ölüb. Əyalət hakimiyyəti bildirib ki, daşqından zərərçəkənlərə yardım məqsədilə işlər görülür.

Son xəbərlər

Orphus sistemi