Əfqanıstanın 5 əyalətində uçuşlar dayandırılıb

Əfqanıstanın 5 əyalətində uçuşlar dayandırılıb Zorakılıq və təhlükəsizlik təhdidlərinin artması səbəbindən Əfqanıstanın 5 əyalətində təyyarə uçuşları dayandırılıb.
Digər ölkələr
2 Avqust , 2021 03:23
Əfqanıstanın 5 əyalətində uçuşlar dayandırılıb

Zorakılıq və təhlükəsizlik təhdidlərinin artması səbəbindən Əfqanıstanın 5 əyalətində təyyarə uçuşları dayandırılıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edildiyi kimi, ölkənin cənubundakı Qəndəhar hava limanı raket atəşinə tutulub. Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində ölən olmayıb, lakin hava limanından uçuşlar ləğv edilib.

Eyni zamanda Əfqanıstan Mülki Aviasiya İdarəsi Badahşan, Qunduz, Fəryab, Gülmənd və Qəndəhar əyalətlərində uçuşların ləğv edildiyini açıqlayıb.

Bundan əlavə, üç gün əvvəl ölkənin qərbindəki Herat əyalətindəki hava limanında bütün uçuşlar toqquşmalar səbəbindən ləğv edilib.

Son xəbərlər

Orphus sistemi