Əfqanıstanda baş vermiş zəlzələ nəticəsində on minlərlə insan yaralanıb, çox sayda insan dağıntılar altında qalıb.
"Report" xəbər verir ki, bu barədə TASS-a Əfqanıstanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
Diplomatik missiya qeyd edib ki, ölənlərin sayı 2 500 nəfərə çatıb: “Lakin daha çox olacaq, çünki böyük dağıntılar var. On minlərlə insan yaralanıb, 1 500 ev dağılıb”.
Əfqanıstanın qərbində və qonşu əyalətlərdə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 2 445 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən Heratdan “Sinxua” agentliyi məlumat yayıb.
Herat əyalətinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin direktoru Mavlavi Aşarinin sözlərinə görə, ən çox zərər çəkmiş ərazi Herat rayonunda 13 kənd tamamilə dağılıb.
Çinin Seysmoloji Mərkəzinin məlumatına görə, şənbə günü Əfqanıstanda 6,2 bal gücündə iki zəlzələ baş verib.