Əfqanıstanda yerli və əcnəbi əsgərlər arasında atışmada 3 ABŞ hərbçisi xəsarət alıb

Əfqanıstanda yerli və əcnəbi əsgərlər arasında atışmada 3 ABŞ hərbçisi xəsarət alıb Əfqanıstanda hava limanında atışma olub.
Digər ölkələr
23 Sentyabr , 2019 23:05
Əfqanıstanda yerli və əcnəbi əsgərlər arasında atışmada 3 ABŞ hərbçisi xəsarət alıb

Əfqanıstanda hava limanında atışma olub.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə hava limanındakı mənbə məlumat verib.

Qeyd edilir ki, silahlı insdient Qəndahar şəhərinin aeroportunda baş verib. Əfqan əsgərinin açdığı atəş nəticəsində azı 3 əcnəbi hərbi qulluqçu yaralanıb. "Qətiyyətli dəstək" missiyasının nümayəndəsi yerli KİV-ə xəbəri təsdiqləyib. O, bildirib ki, xəsarət alanlar ABŞ hərbçiləridir.

Radikal "Taliban" hərəkatı hadisəyə görə məsuliyyəti üzərinə götürüb. "Taliblər" bildiriblər ki, hadisə onların agenti tərəfindən təşkil edilib. Radikal hərəkatın üzvləri atışmada 12 nəfərin yaralandığını bildiriblər. 

Son xəbərlər

Orphus sistemi