Əfqanıstanda yerli hakimləri öldürmüş "talibançı" komandir zərərsizləşdirilib

Əfqanıstanda yerli hakimləri öldürmüş "talibançı" komandir zərərsizləşdirilib Əfqanıstanın Hərbi Hava Qüvvələri radikal Taliban hərəkatı silahlılarının mövqelərinə hava zərbələri endiriblər.
Digər ölkələr
10 Noyabr , 2019 11:24
Əfqanıstanda yerli hakimləri öldürmüş talibançı komandir zərərsizləşdirilib

Əfqanıstanın Hərbi Hava Qüvvələri radikal "Taliban" hərəkatı silahlılarının mövqelərinə hava zərbələri endiriblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə 1TV telekanalı bildirib.

Müdafiə Nazirliyinə istinadən yayılan məlumata görə, hava zərbələri zamanı Lohar əyalətində hakimləri öldürmüş "Taliban" komandiri zərərsizləşdirilib. 

Cümə axşamı polisə istinadən "ToloNews" telekanalı bildirib ki, Paktiya əyalətinin dörd hakimi "taliblər"in Əfqanıstanın şərqindəki Lohar əyalətinə hücumu zamanı həlak olub. Telekanalın məlumatına görə, məmurlar Paktiidən Kabilə gedirmiş. Məhəmməd Ağa ərazisində əks yolda silahlılar onların avtomobilinə hücum ediblər. Bu halda 1TV telekanalının məlumatına görə, avtomobildə üç hakim olub. 

Son xəbərlər

Orphus sistemi