Yuxarı
    Bağlamaq

    Əfqanıstanda yeddi nəfərlik ailə minaya düşərək həlak olub

    Partlayış Qəndəhar vilayətindəki qəzaların birində baş verib

    Bakı. 10 noyabr. REPORT.AZ/ Əfqanıstanın cənubunda avtomobilin yol kənarındakı minaya düşməsi nəticəsində yeddi nəfərlik ailə, o cümlədən 3 uşaq həlak olub.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış çərşənbə günü Qəndəhar vilayətindəki qəzaların birində baş verib.

    Hadisə ailənin toy mərasimindən evə qayıtdığı zaman olub.

    Hələlik Əfqanıstanda fəaliyyət göstərən qruplaşmalardan heç biri insidentə görə, məsuliyyəti üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi