Əfqanıstanda 3 qeyri-hökumət təşkilatı fəaliyyətini dayandırıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "The Express Tribune" nəşri yazıb.
Məlumata görə, "Save the Children" beynəlxalq təşkilatı, Norveç Qaçqınlar Şurası və CARE İnternational fəaliyyətlərini dayandırıb.
Bildirilib ki, buna səbəb həmin qurumların ölkədə hakimiyyəti ələ keçirən "Taliban" qruplaşmasının qadın kadrlarla bağlı qadağalarına əməl etməməsidir.
"Taliban" administrasiyasının sözçüsü Zabihullah Mücahid bununla bağlı bildirib ki, Əfqanıstandakı bütün qurumlar ölkənin qaydalarına əməl etməyə borcludur.
Xatırladaq ki, "Taliban" Əfqanıstanda qeyri-hökumət təşkilatlarına qadınların işdən uzaqlaşdırılması əmrini verib. "Taliban" hökumətinin İqtisadiyyat Nazirliyinin sözçüsü Əbdülrəhman Həbib bildirib ki, bu qərar Əfqanıstan Humanitar Yardım Koordinasiya Agentliyinə daxil olan təşkilatlara aiddir. Bu agentliyə 180-dən çox yerli və beynəlxalq qeyri-hökumət təşkilatı daxildir.