Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 16-ya çatıb.
"Report" TASS-a istinadən bu barədə AFP məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təxminən 100 nəfər yaralanıb. Qeyd edilir ki, partlayış yaşayış kvartalı, hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Belə ki, partlayıcı maddə ilə dolu avtomobil partladılıb.
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb
***23:48
Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən partlayışda onlarla insan xəsarət alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə
Qeyd edilir ki, hadisə hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Partlayıcı maddə ilə dolu avtomobilin partladılması nəticəsində 5 nəfər həlak olub, daha 74 nəfər
Hadisə zamanı yaxınlıqda olan yanacaq dolu sisternlər də yanmağa başlayıb. Nəticədə bir neçə evə zərər dəyib.
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb. Telekanal bildirib ki, hadisədən sonra ərazidə atışma səsləri eşidilib.