Əfqanıstanda törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB

Əfqanıstanda törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB Bakı. 1 iyul. REPORT.AZ/ Əfqanıstanda baş verən partlayış zamanı ölənlərin sayı 19 nəfərə çatıb.
Digər ölkələr
1 İyul , 2018 23:55
Əfqanıstanda törədilən partlayış zamanı ölən və yaralananların sayı artıb - VİDEO - YENİLƏNİB

Bakı. 1 iyul. REPORT.AZ/ Əfqanıstanda baş verən partlayış zamanı ölənlərin sayı 19 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Tolo news" məlumat yayıb.

Hadisə ölkənin şərqində, Nanqarhar vilayətinin inzibati mərkəzi olan Cəlilabadda, qubernatorun ofisi yaxınlığında baş verib. Yerli KİV hadisə zamanı 20-dən çox insanın xəsarət aldığını bildirib.

İlkin məlumata görə, hadisəni kamikadze törədib.


***19:28

Əfqanıstanda partlayış törədilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "1TV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Nanqarhar vilayətinin inzibati mərkəzində, qubernatorun ofisi yaxınlığında baş verib. Partlayış zamanı 17 nəfər ölüb, daha 30 nəfər yaralanıb.

Daha əvvəl "Pajvak" agentliyi partlayış zamanı 12 nəfərin öldüyünü, 20 yaralının olduğunu xəbər verib.

Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi