Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb

Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstanın Hilmənd vilayətində Laşkargah şəhərində parlamentə seçkilərdə namizədliyini irəli sürmüş Cabar Qəhrəmanın seçki qərargahında partlayış olub.
Digər ölkələr
17 Oktyabr , 2018 11:51
Əfqanıstanda terror hücumunda deputatlığa namizəd öldürülüb
AP
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Əfqanıstanın Hilmənd vilayətində Laşkargah şəhərində parlamentə seçkilərdə namizədliyini irəli sürmüş Cabar Qəhrəmanın seçki qərargahında partlayış olub.

"Report" "TOLOnews" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində vilayətdə prezidentin təhlükəsizlik üzrə nümayəndəsi vəzifəsini tutmuş siyasətçi və daha 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Məlumata görə, partlayıcı qurğu siyasətçinin divanının içərisinə yerləşdirilibmiş.

Ölkənin daxili işlər naziri Vais Əhməd Barmaq hüquq-mühafizə orqanlarının partlayışla bağlı şübhəli bilinən 3 nəfəri saxladığını açıqlayıb.

Hələlik bölgədə fəaliyyət göstərən təşkilatlardan heç biri partlayışa görə məsuliyyəti üzərinə götürməyib.

Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-də keçiriləcək. Seçkilər ölkədəki qeyri-sabit vəziyyətlə əlaqədar iki il müddətinə təxirə salındıqdan sonra baş tutacaq. Əfqanıstanda son dəfə parlament seçkiləri 2010-cu ildə keçirilib.

Son xəbərlər

Orphus sistemi