Əfqanıstanın Helmend əyalətində avtomobilin partladılması nəticəsində 18 hərbi qulluqçu ölüb.
“Report” “TOLO News”a istinadən xəbər verir ki, hadisə Əfqanıstan Milli Ordusu və Milli Təhlükəsizlik İdarəsinin nəzarət-buraxılış məntəqəsinin qarşısında törədilib.
Məlumata görə, partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.