Yuxarı

​Əfqanıstanda terror aktı nəticəsində 6 ABŞ hərbçisi ölüb

Partlayışı Taliban terrorçuları törədib

Bakı. 22 dekabr. REPORT.AZ/ Ötən gün Əfqanıstanda törədilən terror aktı nəticəsində Birləşmiş Ştatların 6 hərbçisi həlak olub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, hadisə ABŞ və koalisiyanın Bakram şəhərindəki aviabazası yaxınlığında baş verib.

Moped ilə hərəkət edən terrorçu-kamikadze özünü aviabaza yaxınlığında keşik çəkən hərbçilərin yanında partladıb.

Terror aktına görə məsuliyyəti "Taliban" terror qruplaşması öz üzərinə götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi