Əfqanıstanda “Taliban” hərəkatının silahlıları təhlükəsizlik qüvvələrinin əməkdaşlarına hücum edib.
“Report” xəbər verir ki, bu barədə 1 TV telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalındakı Balh əyalətində baş verib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı həlak olub. Bununla yanaşı, təhlükəsizlik qüvvələrinin daha 4 əməkdaşı yaralanıb.