Əfqanıstanda "talibançı"ların hücumu zamanı 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb

Əfqanıstanda "talibançı"ların hücumu zamanı 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb Hücum zamanı həmçinin 11 silahlı məhv edilib
Digər ölkələr
24 Dekabr , 2016 19:38
Əfqanıstanda talibançıların hücumu zamanı 3 polis əməkdaşı həlak olub, 4-ü yaralanıb

Bakı. 24 dekabr. REPORT.AZ/ Əfqanıstan "talibançı"larının hücumu zamanı 3 polis əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Farah vilayətinin eyniadlı şəhərində baş verib. Belə ki, "Taliban" radikal qruplaşmasının silahlıları nəzarət buraxılış məntəqəsinə hücum ediblər. Hücum zamanı daha 4 polis əməkdaşı yaralanıb.

Silahlılar məntəqədəki silahları da özləri ilə aparıblar. Agentliyin məlumatına görə, hücum zamanı həmçinin 11 silahlı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi