Əfqanıstanda "Taliban"a qarşı əks-hücum hazırlanır

Əfqanıstanda "Taliban"a qarşı əks-hücum hazırlanır Əfqanıstan hökuməti ölkənin şimalında "Taliban" hərəkatının işğal etdiyi bölgələrdə əks-hücum əməliyyatı hazırlayır.
Digər ölkələr
5 İyul , 2021 12:33
Əfqanıstanda Talibana qarşı əks-hücum hazırlanır

Əfqanıstan hökuməti ölkənin şimalında "Taliban" hərəkatının işğal etdiyi bölgələrdə əks-hücum əməliyyatı hazırlayır.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublika prezidentinin milli təhlükəsizlik müşaviri Həmdullah Mohib bildirib.

“ABŞ və başqa əcnəbi qoşunların çıxıb getməsindən sonra yaranan boşluğu fürsət bilən taliblər xəbər vermədən hücuma keçdilər və bu da Əfqanıstan təhlükəsizlik qüvvələri üçün gözlənilməz oldu. Çünki biz müharibə yox, sülh gözləyirdik”, – hökumət rəsmisi deyib.

Əfqanıstan xalqının azad olmaq istədiyini dilə gətirən prezidentin müşaviri "Taliban"ın hökumətdə təmsil olmasına tərəfdar olduqlarını, lakin bütün ölkədə iqtidar sahibi olmasına, xalqın necə yaşadığına qərar verməsinə qarşı olduqlarını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi