Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 25 nəfər ölüb, 8 nəfər yaralanıb

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 25 nəfər ölüb, 8 nəfər yaralanıb Ötən gecə Əfqanıstanın Bağlan əyalətinin Nəhrin şəhərində “Taliban”ın hökumətyönlü qüvvələrə hücumu nəticəsində azı 25 nəfər ölüb.
Digər ölkələr
29 İyun , 2019 10:27
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 25 nəfər ölüb, 8 nəfər yaralanıb
AP

Ötən gecə Əfqanıstanın Bağlan əyalətinin Nəhrin şəhərində “Taliban”ın hökumətyönlü qüvvələrə hücumu nəticəsində azı 25 nəfər ölüb.

“Report” AP-yə istinadən xəbər verir ki, bir neçə saat davam edən atışmada azı 8 əsgərin də yaralandığı bildirilib.

“Taliban” bu hadisədə iştirak etdiyini açıqlamasa da, son vaxtlar hərəkatın təhlükəsizlik qüvvələrinə qarşı fəallaşması gözə dəyir.

Qeyd edək ki, bu gün Dohada ABŞ ilə “Taliban” arasında sülh danışıqlarının növbəti mərhələsi başlayır.

Son xəbərlər

Orphus sistemi