Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində 8 polis öldürülüb

Əfqanıstanda "Taliban"ın hücumu nəticəsində 8 polis öldürülüb Əfqanıstanın cənubundakı Paktika vilayətində radikal hərəkatı döyüşçülərinin hücumu nəticəsində ən azı 8 sərhəd polis məmuru öldürülüb.
Digər ölkələr
6 İyul , 2019 21:41
Əfqanıstanda Talibanın hücumu nəticəsində 8 polis öldürülüb

Əfqanıstanın cənubundakı Paktika vilayətində radikal hərəkatı döyüşçülərinin hücumu nəticəsində ən azı 8 sərhəd polis məmuru öldürülüb. 

"Report" xəbər verir ki, bu barədə Pajhwok agentliyi məlumat yayıb.

"Cümə axşamı Vazixva rayonunda yerləşən bir nəzarət məntəqəsi hücuma məruz qalıb. Səkkiz sərhəd polis öldürülüb, 2 təhlükəsizlik əməkdaşı yaralanıb, 4 nəfər isə yaralanıb", - polis briqada generalı Emal Niazay agentliyinə bildirib. Onun sözlərinə görə, qarşı tərəf də xeyli itkilər verib. 

"Taliban"ın sözçüsü Zəbihullah Mücahidin sözlərinə görə, dünən gecə üç nəzarət nöqtəsinə hücum edilib. Hücum zamanı təhlükəsizlik qüvvələrinin 17 üzvü yaralanıb və xeyli silah və döyüş sursatı ələ keçirilib.

Son xəbərlər

Orphus sistemi