Əfqanıstanda "Taliban" hücumu: bir polis ölüb, 6-sı girov götürülüb

Əfqanıstanda "Taliban" hücumu: bir polis ölüb, 6-sı girov götürülüb Fərəh əyalətinin polis rəisi hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.
Digər ölkələr
165
11 İyul , 2020 11:26
Əfqanıstanda Taliban hücumu: bir polis ölüb, 6-sı girov götürülüb

Əfqanıstanda Nəzarət-Buraxılış Məntəqəsinə “Taliban” silahlılarının hücumu nəticəsində bir polis əməkdaşı ölüb, terrorçular 6 asayiş keşikçisini girov götürüb.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətin nümayəndəsi “RİA Novosti”yə bildirib.

Hadisə Əfqanıstanın cənub-qərbində yerləşən Fərəh əyalətində baş verib. Əyalət şurasının üzvü Dadullah Xanın sözlərinə görə, “taliblər” iyulun 10-da gecə saatlarında Seyidabad məntəqəsinə hücum edib.

Fərəh əyalətinin polis rəisi isə hadisə ilə bağlı açıqlama verməkdən imtina edib.