Bakı. 7 iyun. REPORT.AZ/ Əfqanıstanda son 9 ildə döyüşlər və terror aktları nəticəsində 23 130 dinc sakin öldürülüb, 40 974 dinc sakin yaralanıb.
“Report” “CA-NEWS” istinadən xəbər verir ki, ölənlərin 18 faizi uşaqlardır.
Bildirilib ki, ölənlərin 52 faiz kişi, 7 faizi qadınlar olub. Həlak olanların 22 faizinin isə meyitləri tanınmaz halda olub.
Dinc sakinlərin ölümünə səbəb olan terror aktlarının 69 faizinin məsuliyyətini silahlı qruplaşmalar öz üzərlərinə götürüblər.
Münaqişə nəticəsində son 9 ildə bir milyondan çox insan daimi yaşayış yerini dəyişib.