​Əfqanıstanda silahlılar Hindistan konsulluğuna hücum ediblər

​Əfqanıstanda silahlılar Hindistan konsulluğuna hücum ediblər Yaraqlılar konsulluq ərazisinə keçməyə cəhd göstəriblər
Digər ölkələr
4 Yanvar , 2016 02:07
​Əfqanıstanda silahlılar Hindistan konsulluğuna hücum ediblər

Bakı. 4 yanvar. REPORT.AZ/ Əfqanıstanın Məzari-Şərif şəhərində naməlum silahlı şəxslər Hindistan konsulluğuna hücum ediblər.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, yaraqlılar konsulluq ərazisinə keçməyə cəhd göstəriblər. Hücum Hindistanda aviabazaya basqın etmiş terrorçuların aradan qaldırılması üzrə xüsusi əməliyyat aparılan zaman törədilib.

Ölən və yaralananlar barədə məlumat yoxdur. Həmçinin yaraqlıların məhz hansı qruplaşmaya aid olduqları da açıqlanmır.

Son xəbərlər

Orphus sistemi