Əfqanıstanda Seçki Mərkəzində partlayış olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Əfqanıstanda Seçki Mərkəzində partlayış olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb Bakı. 6 iyun. REPORT.AZ/ Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətində Seçki Mərkəzinin binasına yerləşdirilən uzaqdan idarəedilən bombanın partladılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Digər ölkələr
6 İyun , 2018 16:38
Əfqanıstanda Seçki Mərkəzində partlayış olub, 2 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı. 6 iyun. REPORT.AZ/ Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətində Seçki Mərkəzinin binasına yerləşdirilən uzaqdan idarəedilən bombanın partladılması nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Baqlan Polis İdarəsinin sözçüsü Zabiullah Şuca bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri Baqla Polis İdarəsi Asayiş şöbəsinin Seçki Mərkəzi üzrə məsul şəxsidir.

Qeyd edək ki, bu il oktyabrın 20-də Əfqanıstanda parlament seçkiləri keçiriləcək. Seçki Mərkəzi bu siyasi kampaniyaya hazırlıq çərçivəsində seçicilərin qeydiyyatını aparır.

Son xəbərlər

Orphus sistemi