Əfqanıstanda şaxta çökdü, azı 30 nəfər öldü

Əfqanıstanda şaxta çökdü, azı 30 nəfər öldü Əfqanıstanın şimalındakı Səməngan əyalətində yerləşən daş kömür şaxtasının çökməsi nəticəsində azı 30 nəfər ölüb.
Digər ölkələr
9 İyun , 2020 16:24
Əfqanıstanda şaxta çökdü, azı 30 nəfər öldü

Əfqanıstanın şimalındakı Səməngan əyalətində yerləşən daş kömür şaxtasının çökməsi nəticəsində azı 30 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın “TOLOnews” telekanalı yerli sakinlərin ifadələrinə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, azı 12 işçi də yaralanıb. Şaxtanın çökməsinə partlayışın səbəb ola biləcəyi vurğulanıb.

Əyalət polisinin nümayəndəsi isə hələlik rəsmilərdə ölən və yaralananlarla bağlı dəqiq məlumat olmadığını söyləyib.

Son xəbərlər

Orphus sistemi