Əfqanıstanda saqqal saxlamaq istəməyən 280-dən çox polis işdən çıxarılıb
Digər ölkələr
- 20 avqust, 2024
- 19:06
Radikal “Taliban” hərəkatının Əfqanıstanın müvəqqəti hökumətində yaratdığı Şərin Qarşısının Alınması və Fəzilətin Təbliği Nazirliyi saqqal uzatmaq əmrinə tabe olmayan və bununla da “İslam qanunları”nı pozan 280-dən çox polis əməkdaşını xidmətdən uzaqlaşdırıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə “İslam qanunları”na və əfqan adət-ənənələrinə əməl olunması uğrunda aparılan “mübarizə” çərçivəsində 2023-cü ildə ölkədə “qeyri-etik hərəkətlərə” görə 13 mindən çox insan saxlanılıb, onların yarıdan çoxu məhkəmə qarşısına çıxarılıb.
Bundan əlavə, 21328 musiqi aləti məhv edilib, yerli bazarlarda çəkilişləri həyata keçirilən “qeyri-etik və yolverilməz” filmlərin satışı dayandırılıb.
Son xəbərlər
20:14
Türkiyə və Macarıstan müdafiə sahəsində birgə layihələrin həyata keçirilməsini nəzərdən keçirir
Digər ölkələr20:02
Paşinyan yeni müşavir təyin edib
Region19:59
"Qəbələ" - "Turan Tovuz" oyununun davamı sabah keçirilməyəcək
Futbol19:58
Peskov: ABŞ-Ukrayna danışıqlarının nəticələri barədə Kreml məlumatsızdır
Digər ölkələr19:54
Ərdoğan: Ukraynada sülhün təmin olunması üçün diplomatiyanın bütün imkanlarını səfərbər edirik
Region19:45
HƏMAS və BQXK Qəzza şəhərində ölən son israilli girovun meyitini axtarır
Digər ölkələr19:37
Avropa liderləri Londonda jurnalistlərin suallarını cavabsız qoyublar
Dünya19:33
Foto
Şabranda sürüşmə təhlükəsi artıb, evlər dağıla bilər
Ekologiya19:27