Yuxarı

​Əfqanıstanda qızlar məktəbinin yaxınlığında partlayış: ölən və yaralananlar var

Ölənlərdən biri Peyman rayonu cinayət axtarış şöbəsinin rəisidir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabulun ətrafındakı Peyman (Paghman) rayonunda qızlar məktəbinin yaxınlığında törədilən partlayış nəticəsində 2 nəfər həyatını itirib, 30-dan çox insan isə yaralanıb.

"Report" xəbər verir ki, bu haqda "Khaama" agentliyi məlumat yayıb.

Məlumata görə, ölənlərdən biri Peyman rayonu cinayət axtarış şöbəsinin rəisidir. Partlayış nəticəsində yaralananların çoxunun mülki vətəndaş olduğu bildirilib.

Xəbərə əsasən, həkimlər ölənlərin sayının artacağını deyiblər.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, məktəb qızların təhsil alması və qadınların hüquq bərabərliyi uğrunda mübarizə aparır. Bu ideyanın daşıyıcıları isə "Taliban" hərəkatı kimi təşkilatların hədəfindədir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi