Əfqanıstanda prezident seçkilərinin nəticələri yenə də açıqlanmayıb

Əfqanıstanda prezident seçkilərinin nəticələri yenə də açıqlanmayıb Əfqanıstan Milli Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə noyabrın 14-nə təyin etdikləri açıqlamanı bir daha təxirə salıb.
Digər ölkələr
13 Noyabr , 2019 15:11
Əfqanıstanda prezident seçkilərinin nəticələri yenə də açıqlanmayıb
Reuters

Əfqanıstan Milli Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə noyabrın 14-nə təyin etdikləri açıqlamanı bir daha təxirə salıb.

“Report” “ToloNews”ə istinadən xəbər verir ki, Komissiyadan belə bir qərarın 8 min seçki məntəqəsində səslərin hesablanmasını əngəlləyən gərginlik”lə bağlı verildiyini bildiriblər.

Komissiyanın sözçüsü Əziz Əhməd İbrahimi bildirib ki, səslərin yenidən hesablanması namizədlərin şikayətlərini araşdırmaq üçün dayandırılmışdı.

Qeyd edək ki, sentyabrın 28-də keçirilən prezident seçkilərinin ilkin nəticələri oktyabrın 19-da, yekun nəticələri də namizədlərin bütün şikayətləri araşdırıldıqdan sonra - noyabrın 7-də açıqlanacaqdı. Sonra ilkin nəticələrin açıqlanması noyabrın 14-nə təyin edildi.

Son xəbərlər

Orphus sistemi