Əfqanıstanda partlayışda 5 nəfər ölüb, 19 nəfər yaralanıb

Əfqanıstanda partlayışda 5 nəfər ölüb, 19 nəfər yaralanıb Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində törədilən partlayış nəticəsində 5 dinc sakin ölüb, 5-i hərbçi, 14-ü mülki şəxs olmaqla 19 nəfər yaralanıb.
Digər ölkələr
14 May , 2020 10:27
Əfqanıstanda partlayışda 5 nəfər ölüb, 19 nəfər yaralanıb

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində törədilən partlayış nəticəsində 5 dinc sakin ölüb, 5-i hərbçi, 14-ü mülki şəxs olmaqla 19 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Daxili İşlər Nazirliyi yayıb.

Hadisə mayın 14-də səhər saatlarında əyalətin Qardez şəhərində, hərbi məhkəmə binasının yaxınlığında törədilib. Polisin məlumatına əsasən, minalanmış avtomobil hərbi müəssisənin yanında partladılıb. O, partlayış nəticəsində qurbanların sayının çox olduğunu da qeyd edib.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi