Əfqanıstanda partlayış nəticəsində 9 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 9 nəfər ölüb Partlayışa görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib
Digər ölkələr
20 May , 2021 11:49
Əfqanıstanda partlayış nəticəsində 9 nəfər ölüb

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində yol kənarında bombanın partlaması nəticəsində qadın və uşaqlar daxil olmaqla 9 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Televiziya kanalının verdiyi məlumata görə, partlayış bu gün səhər Ləşgərgah şəhərində baş verib.

“Partlayış nəticəsində iki uşaq yaralanıb”, – mənbə telekanala bildirib.

Partlayışa görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi