Əfqanıstanda partlayış nəticəsində 7 nəfər ölüb

Əfqanıstanda partlayış nəticəsində 7 nəfər ölüb Azı 5 dinc sakin xəsarət alıb
Digər ölkələr
1 İyul , 2017 01:34
Əfqanıstanda partlayış nəticəsində 7 nəfər ölüb
Foto:pajhwok.com

Bakı. 1 iyul. REPORT.AZ/ Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində İŞİD terror təşkilatı tərəfindən yol kənarına qoyulan bombanın partlaması nəticəsində 7 nəfər ölüb, azı 5 dinc sakin xəsarət alıb.

"Report" "Pajhwok.com"a istinadən xəbər verir ki, hadisə iyulun 1-də gecə yarısı, Badar-Darı rayonundan keçən yolda baş verib.

Yaralılar Hanihel xəstəxanasına təxliyyə edilib. Yerli hakimiyyət orqanları hadisə qurbanları arasında qadın və uşaqların olmadığını xəbər versə də, təhlükəsizlik xidməti əməkdaşları partlayış nəticəsində 2 qadın və 2 uşağın öldüyünü bildiriblər.

Hökumət partlayışın törədilməsində İŞİD terror qruplaşmasını ittiham edib.

Son xəbərlər

Orphus sistemi