​Əfqanıstanda partlayış nəticəsində 17 nəfər həyatını itirib

​Əfqanıstanda partlayış nəticəsində 17 nəfər həyatını itirib Ölənlərin sayı arta bilər
Digər ölkələr
2 Aprel , 2015 21:36
​Əfqanıstanda partlayış nəticəsində 17 nəfər həyatını itirib

Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Əfqanıstanın Host şəhərində əyalət qubernatoru iqamətgahının yaxınlığında partlayış baş verib.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bombanın işə düşməsi nəticəsində 17 nəfər ölüb, 50 nəfər yaralanıb.

Yerli administrasiya nümayəndələri hadisəni terror aktı kimi qiymətləndiriblər.

Ölənlərin sayı arta bilər.

Son xəbərlər

Orphus sistemi