Bakı. 26 yanvar. REPORT.AZ/ Əfqanıstanın Cəlalabad şəhərində baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb.
"Report" "Hama Press"ə istinadən xəbər verir ki, hadisə şəhərdəki "Baba Vəli" mehmanxanasında olub.
Polis idarəsinin təmsilçisi bildirib ki, hüquq-mühafizə orqanları hadisəni araşdırır.
Partlayışın başvermə səbəbi hələlik bilinmir.