Bakı. 26 avqust. REPORT.AZ/ Əfqanıstanın cənubunda NATO-nun iki hərbçisi öldürülüb.
"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.
Məlumatda bildirilib ki, hərbçiləri öldürənlər Əfqanıstan əsgərlərinin formasında olublar.
Qeyd edək ki, bu il yanvarın 1-dən başlayaraq NATO Əfqanıstanda "Qəti dəstək" adı altında yeni hərbi tapşırıq yerinə yetirməyə başlayıb. Bu tədbirdə döyüş əməliyyatları keçirilmir. Həmin təlim Əfqanıstanın təhlükəsizlik qüvvələrinin hazırlanması üçün onlara "yardım məqsədi" ilə gerçəkləşdirilir.