​Əfqanıstanda Moldova vertolyotu vurulub, 18 nəfər əsir düşüb

​Əfqanıstanda Moldova vertolyotu vurulub, 18 nəfər əsir düşüb Təhlükəsizlik qüvvələrinin onları azad etmək cəhdi uğursuz alınıb
Digər ölkələr
25 Noyabr , 2015 07:22
​Əfqanıstanda Moldova vertolyotu vurulub, 18 nəfər əsir düşüb

Bakı. 25 noyabr. REPORT.AZ/ "Taliban" yaraqlıları Əfqanıstanda vurulan Moldovaya məxsus vertolyotun sərnişin və heyət üzvlərini əsir götürüblər. Vertolyot bu ölkədə BMT-nin himayəsi altında sülhməramlı missiyada iştirak edib.

"Report" xəbər verir ki, bunu "Publika" telekanalına Moldovanın daxili işlər naziri əvəzi Oleq Balan bildirib.

İlkin məlumatlara görə, hazırda üçü Moldova vətəndaşı olmaqla 18 nəfər taliblərin əsirliyindədir. Vertolyot çərşənbə axşamı Əfqanıstanın Fəryab əyalətində qəzaya uğrayıb. Bu ərazi "Taliban"ın nəzarəti altındadır.

"Frans Press"in məlumatına görə, əsirlərdən 15-i hərbçidir. Əfqan təhlükəsizlik qüvvələri onları azad etməyə cəhd göstərsələr də, taliblər müqavimət göstəriblər və güc strukturları geri çəkilməyəcəyi təqdirdə əsirləri edam edəcəkləri ilə hədələyiblər.

Son xəbərlər

Orphus sistemi