Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO - YENİLƏNİB Daha 33 nəfər yaralanıb
Digər ölkələr
6 May , 2018 21:20
Əfqanıstanda məsciddə partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - VİDEO - YENİLƏNİB

Bakı. 6 may. REPORT.AZ/ Bazar günü Əfqanıstanın şərqində yerləşən Host əyalətində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb, daha 33 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis nümayəndəsinə istinadən TOLOnews telekanalı məlumat yayıb.

Ölkə prezidenti Əşraf Qani baş verən hadisə ilə bağlı başsağlığı verib.

"Reuters"in məlumatına görə, partlayış, ehtimal ki, məsafədən idarə olunub.


***15:11

Bakı. 6 may. REPORT.AZ/ Əfqanıstanda məsciddə partlayış nəticəsində ən azı 10 nəfər ölüb, 34 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli televiziya kanalına istinadən RİA "Novosti" məlumat yayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Həbib Şah əyalətinin Səhiyyə Departamentinin rəisinə istinadən "Tolo News" telekanalı məlumat yayıb.

Polisin məlumatına görə, bu məscid həm də seçicilərin qeydiyyat mərkəzi kimi istifadə olunur. Partlayışın hansı şəraitdə baş verdiyi araşdırılır.

Son xəbərlər

Orphus sistemi