Əfqanıstanın paytaxtı Kabildə törədilmiş bir neçə partlayış nəticəsində azı 25 nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Aamaj News” agentliyi məlumat yayıb.
Bildirilib ki, daha çox ölüm sayı Dəşti-i Barçi rayonundakı Şəhid Əbdül Rəhim adına məktəbdə törədilmiş partlayış nəticəsində qeyd alınıb.
Ümumilikdə, Kabilin qərb hissəsində məktəblərin yaxınlığında 3 partlayışın törədilib.
Partlayışlardan birinin əl qumbarası ilə baş verdiyi bildirilir. Digər partlayışların səbəbləri açıqlanmır.
Agentliyin məlumatına görə, “Taliban” tərəfdarları jurnalistlərin hadisə yerlərinə yaxınlaşmasına imkan vermirlər. Onlar müxbirlərin kameralarını alıblar.
Əfqanıstanın paytaxtı Kabildə iki məktəbdə terror aktı törədilib.
“Report” "RİA Novosti"yə istinadən xəbər verir ki, partlayışlardan biri Dəşti-i Barçi rayonundakı Şəhid Rəhim adına məktəbdə qeyd alınıb.
Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Kabildə “Mümtaz” məktəbinin ərazisində törədilən terror aktında isə bir neçə nəfər yaralanıb.