Əfqanıstanda İŞİD-in bir neçə terrorçusu və nəqliyyat vasitəsi məhv edilib

Əfqanıstanda İŞİD-in bir neçə terrorçusu və nəqliyyat vasitəsi məhv edilib Bati Kot rayonuna hava zərbəsi endirilib
Digər ölkələr
18 May , 2017 03:37
Əfqanıstanda İŞİD-in bir neçə terrorçusu və nəqliyyat vasitəsi məhv edilib
Thegreatmiddle.com

Bakı. 18 may. REPORT.AZ/ Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinin Bati Kot rayonuna endirilmiş hava zərbəsi nəticəsində azı 4 İŞİD terrorçusu məhv edilib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, əməliyyatın gedişində həmçinin terrorçuların nəqliyyat vasitəsi də məhv edilib. 

Ekspertlər bildirirlər ki, son vaxtlar Əfqanıstanın şərq və cənub vilayətlərində - Loharda, Nanqarharda, Gülmənddə, habelə ölkənin şimalında – Qunduz, Cauzdcan və Pərvan vilayətlərində ekstremistlərin mövqelərini xeyli möhkəmləndirmələri müşahidə edilir. 

Son xəbərlər

Orphus sistemi