Bakı. 13 aprel. REPORT.AZ/ Əfqanıstanda “Taliban” terrorçu qruplaşmasının avtomobillə hərbi hissəyə hücumu nəticəsində azı 10 hərbçi ölüb, 2-si yaralanıb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Şindand rayonunun icra başçısı Şükrülla Şaker deyib.
Bildirilib ki, hadisə aprelin 13-də Əfqanıstanın şimal-qərbində yerləşən Herat əyalətinin Şindand rayonunda gecə saatlarında baş verib.
Hücumdan sonra terrorçular silah-sursat oğurlayıblar.