Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.
Digər ölkələr
16 Oktyabr , 2019 11:14
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 7 nəfər ölüb

Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Hərbi Hava Qüvvələrinin əyalətdəki sözçüsü Məhəmməd Hənif Rzai bildirib.

Onun sözlərinə görə, “Mİ17” tipli helikopter Əfqanıstanın Məzari-Şərif əyalətinin Dorahi Hayratyan rayonundan havaya qalxandan sonra yerə düşüb.

O bildirib ki, qəza nəticəsində 1 pilot, 6 hərbçi ölüb.

M.H.Rzai helikopterin texniki nasazlıq nəticəsində qəzaya uğradığının ehtimal olunduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi