Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Digər ölkələr
1 Aprel , 2021 10:52
Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Əfqanıstanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gilmend Əyalət Şurasının rəhbəri Atullah Əfqan bildirib.

O, qəzanın səbəbini dəqiq bilmədiyini söyləyib.

“Taliban” hərəkatının nümayəndəsi Məhəmməd Yusuf Əhmədi isə deyib ki, helikopteri hərəkatın silahlıları vurub. Onun sözlərinə görə, hadisə Gilmend əyalətinin Vaşir dairəsində baş verib. Nəticədə Əfqanıstan ordusunun bir komandiri, 3 əsgəri və pilot daxil omaqla 5 nəfər ölüb, yarananlar var.

Lakin Əfqanıstanın Müdafiə Nazirliyi məlumatı təkzib edib. Nazirlikdən bildirilib ki, helikopter qəza enişi edib, xəsarət alan yoxdur.

Son xəbərlər

Orphus sistemi