Yuxarı

​Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb

Bu, yeni ildə qəzaya uğrayan ikinci helikopterdir

Bakı. 5 yanvar. REPORT.AZ/ Əfqanıstanın cənubunda Gilmendə əyalətində helikopter qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə qurbanı və xəsarət alanlar barədə informasiya yoxdur.

İlkin məlumata əsasən, helikopter hökumət qüvvələrini dəstəkləyən xarici hərbçilərə aiddir.

Qeyd edək ki, bu, yeni ildə qəzaya uğrayan ikinci helikopterdir. Birinci hadisə yanvarın 3-də baş verib. Onda ölkənin şərqində yerləşən Loqar əyalətində "Mi-17" helikopteri qəzaya uğramışdı. Həmin olay nəticəsində 3 hərbçi həyatını itirmiş, ikisi isə yaralanmışdı.

Qəzanın texniki nasazlıqdan baş verdiyi bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi