Əfqanıstanda hərbi bazada partlayış baş verib, ölənlər var

Əfqanıstanda hərbi bazada partlayış baş verib, ölənlər var Bazada ümumilikdə 30 hərbçi olub
Digər ölkələr
3 May , 2021 11:33
Əfqanıstanda hərbi bazada partlayış baş verib, ölənlər var

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın qərbində hərbi bazaya hücum ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ən azı 18 əsgər həlak olub, 10 nəfər yaralanıb.

Qeyd olunur ki, taliblər gecə saatlarında Fərah vilayətində yerləşən hərbi bazaya qazdıqları yeraltı tunel vasitəsilə soxulublar.

Vilayətin qubernatoru Tac Məhəmməd Cahid yerli KİV-lərə açıqlamasında bildirib ki, tuneli qazmış silahlılar bazada partlayış törədiblər. Bazada ümumilikdə 30 hərbçi olub.

Hazırda Əfqanıstanda hökumət qüvvələri ilə taliblər arasında qarşıdurmalar davam edir. “Taliban” artıq geniş kənd ərazilərini ələ keçirib və böyük şəhərlərə hücuma başlayıb.

Son xəbərlər

Orphus sistemi