Əfqanıstanda hava zərbələri nəticəsində daha 14 mülki şəxs ölüb

Əfqanıstanda hava zərbələri nəticəsində daha 14 mülki şəxs ölüb Əfqanıstanda mayın 20-22-də hava zərbələri nəticəsində 14 dinc sakin ölüb.
Digər ölkələr
23 May , 2019 19:30
Əfqanıstanda hava zərbələri nəticəsində daha 14 mülki şəxs ölüb
AP

Əfqanıstanda mayın 20-22-də hava zərbələri nəticəsində 14 dinc sakin ölüb.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) “Twitter”dəki səhifəsində bildirilir.

Məlumata görə, Helmənd və Kunar əyalətlərinə endirilən iki hava zərbəsi nəticəsində ölən 14 nəfər dinc sakin arasında 5 qadın və 7 uşaq da var.

“Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”, - UNAMA qeyd edib.

Son xəbərlər

Orphus sistemi