Əfqanıstanda əyaləti "Taliban"a təhvil verməkdə şübhəli bilinən başçı saxlanılıb

Əfqanıstanda əyaləti "Taliban"a təhvil verməkdə şübhəli bilinən başçı saxlanılıb Əfqanıstanın mərkəzində yerləşən Qəznə əyalətinin başçısı Daud Laqmani rəhbərlik etdiyi bölgəni “Taliban”a təhvil verdiyi üçün saxlanılıb.
Digər ölkələr
12 Avqust , 2021 15:14
Əfqanıstanda əyaləti Talibana təhvil verməkdə şübhəli bilinən başçı saxlanılıb

Əfqanıstanın mərkəzində yerləşən Qəznə əyalətinin başçısı Daud Laqmani rəhbərlik etdiyi bölgəni “Taliban”a təhvil verdiyi üçün saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “Ariana News” telekanalı yayıb.

Bildirilib ki, Daud Laqmani, müavini və ofisinin başçısı hakimiyyətin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Laqmani başçılıq etdiyi regionu bilərəkdən “Taliban” qruplaşmasına təhvil verməkdə ittiham olunur.

Əfqanıstanın Daxili İşlər Nazirliyi başçının saxlanılmasını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi