Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub

Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub Əfanıstanın cənubunda və qərbində 16 nəfər güclü yağıntı səbəbindən evlərin damlarının uçması nəticəsində həlak olub.
Digər ölkələr
12 Yanvar , 2020 13:03
Əfqanıstanda evlərin damının uçması nəticəsində 16 nəfər həlak olub

Əfanıstanın cənubunda və qərbində 16 nəfər güclü yağıntı səbəbindən evlərin damlarının uçması nəticəsində həlak olub.

“Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən yerli 1TV telekanalı xəbər verib.

Qeyd edilir ki, hadisələr qərbi Herat əyalətində və cənubi Qəndaharda baş verib. Heratın Enjil rayonunda 6 nəfər dam uçqunu altında qalaraq həlak olub. Ölənlər arasında qadınlar və uşaqlar da var. Daha iki nəfər Adraskan rayonunda ölüb. 

Bundan başqa, telekanal qeyd edib ki, əlverişsiz hava səbəbindən Qəndaharda da damların uçması nəticəsində 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi