Bakı. 20 fevral. REPORT.AZ/ Əfqanıstanda evə qumbara atılması nəticəsində 10 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Report" yerli orqanlara istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Ləğman vilayətində baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, ölənlər arasında qadınlar və uşaqlar da var. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Polis hadisə ilə əlaqədar istintaqa başlayıb. Hələlik olaya görə, heç bir qrup məsiliyyəti üzərinə götürməyib.