Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib - YENİLƏNİB

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib - YENİLƏNİB Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 60 nəfər ölüb.
Digər ölkələr
11 May , 2024 17:47
Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib - YENİLƏNİB

Əfqanıstanın Baqlan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 300 nəfəri keçib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının Əfqanıstan üzrə ofisi “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Bildirilib ki, təbii fəlakət nəticəsində mindən çox ev dağılıb.

15:31

Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 151 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə “Frans Press” agentliyinə bildirib ki, qurbanların sayı 200 nəfəri keçib.

O əlavə edib ki, 2 mindən çox ev dağılıb.

08:16

Əfqanıstanın şimalında daşqınlar nəticəsində azı 60 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Qeyd olunub ki, Bağlan əyalətinin beş rayonuna yağan güclü yağışlar nəticəsində 100-dən çox adam yaralanıb, onlarla insan itkin düşüb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Kani bildirib ki, ölənlər Bağlan əyalətinin Borqa rayonundandır.

Hazırda ordu da daxil olmaqla fövqəladə xidmətlər palçıq və dağıntılar altında qalan insanların axtarışını aparır. Hava şəraiti ilə bağlı Kabili Əfqanıstanın şimalı ilə birləşdirən əsas yol da bağlanıb.

Son xəbərlər

Orphus sistemi