Əfqanıstanda bir gündə 20-dən çox mülki şəxs ölüb

Əfqanıstanda bir gündə 20-dən çox mülki şəxs ölüb Əfqanıstanda son bir gündə 20-dən çox mülki şəxs ölüb, 70-i yaralanıb.
Digər ölkələr
12 Avqust , 2021 19:14
Əfqanıstanda bir gündə 20-dən çox mülki şəxs ölüb

Əfqanıstanda son bir gündə 20-dən çox mülki şəxs ölüb, 70-i yaralanıb.

"Report" RİA Novosti-yə istinadən xəbər verir ki, ölənlər arasında qadın və uşaqlar da var.

Ölkənin Daxili İşlər Nazirliyi baş verənlərdə "Taliban"nı ittiham etsə də, qruplaşma bu iddiaları rədd edir.

Mərkəzi xəstəxanadan verilən məlumata görə, təkcə Qəndəharda gecə saatlarında 2 mülki şəxs ölüb, daha 47 nəfər yaralanıb, bununla yanaşı, Herat şəhərində 3 nəfər ölüb, təxminən 20 nəfər yaralanıb.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.

Son xəbərlər

Orphus sistemi