Yuxarı

​Əfqanıstanda bir ailənin 12 üzvü terrorun qurbanı olub

ABŞ hərbçiləri zirehli avtomobildə olduqlarından xəsarət almayıb

Bakı. 10 aprel. REPORT.AZ/ Əfqanıstanın Nanqarhar əyalətində ABŞ Silahlı Qüvvələrinə qarşı gerçəkləşdirilən terror aksiyası nəticəsində 4 nəfər ölüb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə əyalətin polis rəisi Fazil Əhməd Şirzad bildirib. 

Onun sözlərinə görə, minalanmış avtomobil ABŞ hərbçilərinin olduğu kortejin yaxınlığında partlayıb.

Məlumata əsasən, 4 dinc sakin ölüb, 12-si yaralanıb.

F.Ə.Şirzad deyib ki, amerikalı hərbçilər zirehli avtomobildə olduqlarından xəsarət almayıblar.

Terror aksiyasının məsuliyyətini "Taliban" hərəkatı öz üzərinə götürüb.

Başqa bir terror hadisəsi isə Əfqanıstanın Qəznə şəhərində baş verib.

Polis idarəsinin rəisi Məhəmməd Əli Əhmədi bildirib ki, Deh Molla yaşayış məntəqəsində yola basdırılmış mina mülki vətəndaşları daşıyan avtobusun altında partlayıb. Nəticədə bir ailənin 12 üzvü həyatını itirib. O, hadisənin baş verməsində "Taliban" hərəkatının məsuliyyət daşıdığını bildirsə də, terrorçu qruplaşma partlayışı hələlik şərh etməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi