Yuxarı
    Bağlamaq

    Əfqanıstanda baş vermiş partlayış zamanı 4 polis əməkdaşı həlak olub

    Hadisə zamanı daha 1 nəfər yaralanıb

    Bakı. 24 dekabr. REPORT.AZ/ Əfqanıstanda 4 polis əməkdaşı yola qoyulmuş minanın partlaması zamanı həlak olub.

    "Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

    Məlumata görə, hadisə yerli vaxtla saat 9-da, ölkənin cənubundakı Kalat şəhərində, antiterror əməliyyatı zamanı baş verib. Belə ki, minanın işə düşməsi zamanı polisləri daşıyan avtomobil partlayıb.

    Partlayış zamanı daha 1 nəfər yaralanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi